Android-in ən çox hansı versiyası istifadə olunur?

Google aprel ayı üçün Android versiyalarının istifadə faizlərini açıqlayıb!
Google hər ay olduğu kimi bu ay da Android versiyalarının istifadə faizlərini açıqlayıb. Siyahıda Android 2.3.3 Gingerbread-dən Android 7.1 Nougat-a qədər bütün Android versiyaları yer almışdır.

Bu ay yayımlanan siyahıya görə Android 2.3.x Gingerbread 0.9%, Android 4.0.x Ice Cream Sandwich 0.9%, Android Jelly Bean 10.1%, Android 4.4 KitKat 20.0%, Android 5.x Lollipop 32%, Android 6.0 Marshmallow 31.2% və ən son Android versiyası olan Android 7.x Nougat isə 4,9%-lik istifadə göstəricisinə sahibdir.

Android telefon istehsalçılarının son modellərində Android 7.0 Nougat istifadə edənədək bu versiyanın istifadə göstəricisi təxminən 0,7% idi. Bu ilin sonlarına qədər Android 7.0 Nougat-dan istifadə göstəricilərinin 4,9%-dən 10%-ə qədər yüksəlməsi gözlənilir.

Aprel ayı üçün Android versiyalarının istifadə faizləri: