Android P adını hansı şirniyyatdan alacaq?

Android P üçün ad təxminlərini indidən başlayıb

Google dünən təşkil etdiyi tədbirdə Android P-ni tanıtdı. Hər il olduğu kimi bu il də yeni Android versiyasının adını açıqlamayan Google, yəqin ki, adı istifadəçilərin rəyləri ilə təyin edəcək. Adını hər hansısa bir şirniyyatdan alacağı düşünülən Android P üçün indidən ad təxminləri başlayıb.  Android P-nin təxmin edilən adlarına keçməzdən əvvəl daha öncəki Android versiyalarının adınlarına nəzər salaq.

  • Android 1.5 Cupcake 
  • Android 1.6 Donut 
  • Android 2.0 Eclair
  • Android 2.2 Froyo
  • Android 2.3 Gingerbread
  • Android 3.0 Honeycomb
  • Android 4.0 Ice Cream Sandwich
  • Android 4.1 Jelly Bean
  • Android 4.4 KitKat
  • Android 5.0 Lollipop
  • Android 6.0 Marshmallow 
  • Android 7.0 Nougat
  • Android 8.0 Oreo

Şirniyyat adlarından ilham alınaraq adlandırılacaq Android P-nin hal-hazırda təxmin edilən adları isə bunlardır: PancakePound CakePastillePetit FourProfiterolePopsiclePuff PastryPumpkin Pie.

Android 9.0 P-nin adının rəsmi olaraq yay aylarında açıqlanması və 2018-ci ilin 3-cü rübündə isə Pixel və Android One modelləri üçün istifadəyə verilməsi gözlənilir.