Android Nougat gələcək Xiaomi modelləri

Xiaomi Android Nougat gələcək modellərin adını açıqlayıb.


Android Nougat yeniləməsinin Google tərəfindən yayımlanmasından təxminən 1 il ötür. Hətta yeni Android versiyası 8.0 O da bu yaxınlarda istifadəyə veriləcək. Ancaq hələ də Android telefon istehsalçıları yuxarı səviyyəli modellər xaricində digər smartfonlara Android Nougat yeniləməsini göndərməyib.

Bu gün bu mövzu ilə əlaqədar Xiaomi cəbhəsindən bir xəbər gəlib. Xiaomi çox gec də Android Nougat yenilməsinin gələcəyi modellərin adını açıqlayıb.

Xiaomi ümümilikdə 14 modeli Android Nougat-a yüksəldəcək. Bəzi modellərə Android 7.0 versiyası gəlsə də, daha yuxarı seqment modellərə birbaşa olaraq Android 7.1 versiyası təqdim olunacaq. Aşağıda Android 7.0 və Android 7.1 yeniləməsini alan cihazlar ilə tanış ola bilərsiniz.

Android 7.0 gələcək modellər:

Mi Max
Mi 5
Mi 5S
Mi 5S Plus
Mi 4C
Mi 4S
Mi Note
Mi Note 2
Mi Mix
Redmi 4X
Redmi Note 4X

Android 7.1 gələcək modellər:

Mi 6
Mi Max 2
Mi 5C
Redmi 4X

Yeniləmənin yayın sonlarına qədər adı çəkilən modellərə göndərilməsi gözlənilir.