Android 8.0-ın rəsmi adı məlum oldu

Bu günə qədər Android 8.0-ın adının Oreo olacağı deyilsə də, yeni yayılan məlumat tam fərqli bir adı göstərir.


Şirniyyat adlarını çox sevən Google illərdir ki, Android versiyalarına şirniyyat adları qoyur. Android 7.0 Nougat-dan sonra gələn Android 8.0 O versiyasının hansı adı daşıyacağını təxmin etmək çox da çətin deyildi. "O" kod ad ilə təqdim edilməsindən sonra bu yeni versiyanın adının Android 8.0 "Oreo" olacağı haqqında bir çox xəbər yayılmışdı. Lakin yeni yayılan sızıntılar bu günə qədər deyilmiş fikirləri alt-üst edib.

Android 8.0-ın mənbə kodlarını əldə etməyi bacaran developerlər bu versiyanın "oc-dev" adı ilə kodlaşdırılmasını aşkara çıxarıb. Bəs buradakı OC nə deməkdir? Əksər insanlar OC-nin açılışının Oatmeal Cookie, yəni yulaf yarması olduğunu düşünür.

Android 7.0 ilk təqdim olunduğu vaxt bu versiyanın adının Nutella olacağı haqqında xəbərlər yayılmışdı. Lakin hər kəsi aldatmağı bacaran Google sonda Android 7.0-ın Nougat adlandırıldığını elan etmişdi.

Android 8.0-ın rəsmi adı məlum oldu

Təxminlərimizə görə Google Android 8.0 ilə yenə də bizləri aldatmağı planlayır. Düşünürük ki, şirkət yeni Android versiyasını Oreo deyil, Oatmeal Cookie adlandıracaq. İlin sonlarına doğru PixelNexus cihazlarına gəlməsi gözlənilən Android 8.0 versiyasının hansı adı daşıması isə çox maraqlıdır.