Android 8-in adı bəlli oldu!

Google-un növbəti Android 8-ə verdiyi ad nə olacaq?
Google hər il Android-in yeni versiyasını təqdim edir və bu Android versiyalarının adı əlifba sırasıyladır. Ən son Android Nougat təqdim edildiyinə görə indi sıra "O" hərfindədir.

Android və Chrome ƏS rəhbər köməkçisi Hiroshi Lockheimer şəxsi Twitter səhifəsində bu mövzu ilə əlaqədar video paylaşıb. Videoda baş rolda Oreo-dur. Oreo "yaşıl robot"-un yeni əməliyyat sisteminin adı ola bilər.




Bildiyimiz kimi Google Android ƏS-nin versiyalarına şirniyyat adları verir. Yəqin ki, Google adını istifadə etdiyi şirkətlərdən böyük miqdarda reklam pulu alır.