Android 7.1 Gəlir!

Daha ötən günlərdə Android 7.0-ı rəsmi olaraq yayımlayan "Google" indidən Android 7.1 siqnalını verdi. Google-ın dünyada ən çox istifadə edilən əməliyyat sistemi olan Android ötən günlərdə maraqla gözlənilən 7.0 Nougat yeniləməsini yayımladı. Nexus 6P, Nexus 5X, Nexus 6, Nexus 9, Pixel C və General Mobile 4G cihazlarına gələn yeniləmə ilə Android 7.0 Nougat-a keçən istifadəçilər daha yeni bu versiyaya keçmişkən Android 7.1-in siqnalı gəlməyə başladı.


Android versiyalarında yaşadığınız problemləri bildirə biləcəyiniz sistemə Android 7.0 versiyasını daxil edərkən Android 7.1-i də əlavə edən "Google" beləliklə Android 7.1 yeniləməsinin yaxında olduğunu göstərir. Qısa müddətdə gəlməsi gözlənilməyən yeniləmənin indidən Android O ola biləcəyindən belə danışılır. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .