Android 7.0 Nougat ilə gələn ilk telefon LG V20 olacaq!

Yeni tanıdılacaq Nexus telefonların xaricində ilk dəfə LG V20 Android 7.0 Nougat əməliyyat sistemiylə birlikdə qutudan çıxacaq. LG şirkəti LG V10 cihazına davam model olaraq LG V20-ni tanıtmağa hazırlaşır. Hələlik haqqında əhəmiyyətli sızıntıların olmaması LG şirkətinin G5-dəki kimi gözləniləndən aşağı səviyyəyə düşməməsi üçün LG V20 üzərində işlərinə davam etdiyi düşünülür. Bəzi məlumatlara görə sentyabr ayında cihaz rəsmi olaraq tanıdılacaq. LG V20 cihazı Android 7.0 Nougat əməliyyat sistemiylə qutudan çıxan ilk smartfon olacaq. Təbii ki, tanıdılacaq Nexus cihazlar xaricində. LG V20-dən nələr gözlənir? LG-nin yeni smartfonu LG V20-də modulyar quruluşa toxunmadan alışılmış LG dizaynının daha üst səviyyəyə aparılması gözlənilir. Eyni zamanda cihazın cüt ekran və cüt ön kamera xüsusiyyətinin də davam etdiriləcəyi düşünülərkən LG-nin bu səfər həqiqətən müvəffəqiyyətli bir smartfonla qarşımıza çıxacağından bəhs edilir. Ümid edirik LG uzun müddət sonra təkrar LG G2-lə əldə etdiyi müvəffəqiyyətin davamını təkrar LG V20 ilə gətirə biləcək. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .