Amazon Alexa indi də gözəllik məsləhətləri verir

Amazon-dan Amazan Alexa-ya qadınlara kömək edə biləcək bir tətbiq gəlir.Bu tətbiq bir çoxlarının ürəyincə olacaq.

 Bildiyimiz kimi internet və ticarət nəhəngi Amazon.com səslə  idarə oluna bilən bir simsiz mikrafon  təqdim etmişdi. Amazon məhsulu soruşulan suallara cavab vermək qabiliyyətinə malikdir. Proqramlaşdırılmış interfeysə əlavə olaraq, Amazon Echo (Alexa) bir sıra "skill" (bacarıq) adlandırılan xüsusiyyətlərə malikdir. Spotfy kimi müxtəlif proqramlar vasitəsilə musiqi ifa edərək, müxtəlif mənbələrdən gündəlik xəbər xülasələrini köçürür. Riyazi əməliyyatlar həyata keçirmək, hava və valyuta  məzənnələri öyrənmək, resept məlumatı əldə etmək, amazondan sifariş etmək Amazon Echo-a daxil olan funksiyalardan bir neçəsidir. Echo üzərində 7 mikrofon var. Mətnin keyfiyyəti həmçinin Echo-nun üstün xüsusiyyətlərindən biridir. Mikrafon  keyfiyyətinə görə Echo 360 dərəcə səs alışı təmin etmək qabiliyyətinə malikdir.

Amazon Alexa indi də  gözəllik məsləhətləri verir

Amazon Alexa-nın daxili ağıllı köməkçisi daim proqramçılar tərəfindən yenilənir. 1000-dən çox proqram ilə Alexa indi də  "Let’s Get Ready" (hazır olaq ) adlı ağıllı telefon proqramı ilə istifadəçiyə gözəllik məsləhətləri təqdim edir.
Proqram saç rəngi, dəri rəngi və göz rənginizi  alaraq sizin üçün makyaj tövsiyələri hazırlayır. Hara gedəcəyinizi qeyd edərək  Alexa-a  müraciət edə bilərsiniz. Nəticədə  Alexa sizə günün makiyaj trendlərini haqqında məsləhətlərini təqdim edəcək. Max Factor, Rimmel London və Boujois kimi markaların arxasında olan Coty şirkəti   tərəfindən hazırlanan ‘Let’s Get Ready‘ tətbiqi sosial media təhlilini edərək təhlil  nəticəsində minlərlə makiyaj, baxım  və gözəllik məsləhətlərini sizinlə  paylaşır.