Activision-ın yeni oyunu Black Ops 4 haqqında məlumatlar var!

Bugün sizlərə yeni bir oyun haqqında xəbər təqdim edəcəyik

Bugün haqqında danışacağımız oyun Activision tərəfindən hazırlanan və çoxdandır gözlənilən Call of Duty Black Ops 4 oyunudur. Bildiyimiz kimi, Black Ops oyun seriyası özünü sübut etmiş oyun seriyasıdır. Activision tərəfindən əvvəllər təqdim edilən Black Ops 1 (9 Noyabr 2010), Black Ops 2 (13 Noyabr 2012), Black Ops 3 (6 Noyabr 2015) oyunları çox maraqla qarşılanmış və bu oyunların istifadəçi sayı çox yüksək olmuşdur. Activision tərəfindən təqdim edilən Call of Duty oyun seriyaları hər kəsin bildiyi bir seriya sayılır. Yəni bu oyun hər kəsin və hər bir yaş təbəqəsinin daim yaddaşında iz qoya biləcək bir oyun seriyasıdır. Yeni seriya isə oktyabrın 12-si "Global şəkildə" təqdim diləcək. Yeni oyunun bizlərə nələr təqdim edəcəyini yaxın zamanlarda təqdim ediləcək qısa video materiallardan əldə edərək sizlərə təqdim edəcəyik.