Acer yeni All-in-One Aspire S24 modelini təqdim etdi.

Yeni model, Qi naqilsiz şarj dəstəyi ilə gəlir.

Acer tərəfindən yeni bir All-in-One kompyuteri təqdim edilib. Yeni model Aspire S24 adlanır. Kaby Lake İntel Core İ5 prosessoru ilə təqdim ediləcək modeldə İntel daxili ekran kartı, 12 GB Ram1 Tb yaddaş, 23,8 düymlük ekran olacaq.

All-in-One kompyuterdə saydığımız bütün parametrlər ekranın arxa hissəsində yerləşdirilir. Yəni kompyuter ancaq monitordan ibarət olur.

 

Aspire S24 modeli, 30 illik Microsoft OfficeQİ (Wireless) naqilsiz şarj cihazı ilə gələcək. Sistem Windows 10 ilə işləyəcək. Bundan əlavə TrueHarmony and Dolby Audio Premium səs sisteminə malikdir. Bu isə səs sisteminin güclü olduğunu göstərir. Slim bezels yan çərçivələr incə və ümumi çərçivə ekran nisbəti 90%-dir. Ekran HD (1920x1080) xüsusiyyətinə malikdir və 16:9 nisbətindədir. Aspire S24 modelinin  RAM-ı 32 GB-a qədər yüksəldilə bilər.

Aspire S24 modelinin daxilində Qi şarj cihazının gəlməsi çox yaxşı və xüsusi özəllikdir. Düzdür, indi bir çox model Qi naqilsiz enerji yığmağı dəstəkləyir və Qi naqilsiz şarj cihazlarını hər qiymətə tapmaq olar.

Aspire S24 modelinin qiyməti 899$-dan başlayır.