ASUS-un 2018-ci ildə təqdim etdiyi ROG Strix məhsulları.

Bildiyimiz kimi ASUS Gaming sahəsi üçün xeyli sayda məhsul istehsal edir. Keyfiyyəti və dizaynı ilə bu marka digərlərindən fərqlənir. Bu il ASUS öz yeni Gaming məhsullarını təqdim edib. Yeni mehsullarından biz sizə monitor haqqında xəbər təqdim etmişdik. İndi isə yeni məhsullara ümumi nəzər yetirəciyik.

ASUS ROG Strix Zephyrus

 

ASUS masaüstü kompyuterlərindən yeni ROG Strix GL12 ROG Huracan-ı təqdim edəcək. Hər iki kompyuter ASUS Auro Sync özəlliyini dəstəkləyir. ROG Strix GL12 kompyuteri overclock( prosessorun sürətinin artırılması ) oluna bilir. Bu komyuter həmçinin şüşədən ibarət olan case( sistem bloku) olaraq təqdim ediləcək.

 

ASUS notebook tərəfində ROG G703 Chimera” texniki xüsusiyyətlərini yüksəldib. Bu notebook-un ekranı 3 ms ərzində geri cavab verir və İ9-8950HK porsessorla təchiz edilib.

Digər tərəfdə ASUS-un ROG Zephyrus M notebook-u GTX 1070 ekran kartı, İ7-8750H prosessoru ilə təchiz edilib və notebook-un incəliyi 2 cm təşkil edir. ROG Strix Hero, SCAR Edition kimi notebook növləridə var. Bu notebook-ların qiyməti 1099 dollardan başlayır.

ROG Zephyrus M