ASUS ROG adı altında Gaming telefonunu təqdim edə bilər.

ASUS ROG seriyası öz məşhurluğunu daha da artırır. Öz yeni məhsulları ilə istifadəçilərin rəğbətini qazanmağa çalışır.

Gaming telefonları günü-gündən məşhurlaşır. İlk Gaming telefonu Razer, ondan sonra Xiaomi Black Shark modelini, daha sonra isə ZTE RedMagic telefonunu bizlərə təqdim etdi. Hərbiri özünəxas xüsusiyyətlər ilə istifadəçiləri və oyun həvəskarlarını özlərinə cəlb etdi. İndi isə ASUS ROG adı altında Gaming telefon istehsal etməyi planlaşdırır.

Hələki bu məlumatlar öz təsdiqini tapmayıb. ASUS rəsmi olaraq heçbir açıqlama verməyib. ASUS ROG adı altında bir çox Gaming məhsulları istehsal edir və dünyada məşhur şirkətlərdən biridir. Telefon sahəsində də ASUS yeni telefonlarını bazara çıxardır. Məlumatlara görə ASUS 5-9 iyunda Computex Ticarət şousunda yeni bir Gaming telefonunu təqdim edəcək.

Gaming telefonun texniki özəllikləri aşağıdakı kimidir.

Snapdragon 845/ Adreno GPU 630

8 GB Ram/ 128 GB+ yaddaş

120 və ya 144 Hz ekran.Ekran OLED yox LCD olacaq.

Telefonun qiyməti isə digər markalarla eyni səviyyədə olacaq. Bu isə şirkətlər arası rəqabətin böyük olacağını göstərir.