AOC yeni G1 seriyası olan Gaming monitorlarını təqdim etdi.

Monitor bazarında rəqabət güclənir.

Monitor istehsal edən markalardan olan AOC yeni Gaming monitorlarını təqdim edib. Təqdim etdiyi monitorlar G1 seriyası adlanır. 3 monitor təqdim edilib ki, 23.6, 27 və 31.5 düymdən ibarətdirlər. 

Hər üç monitor AMD FreeSync dəstəkləyir. 144 Hz və  1 ms gecikməyə malikdir ( 1ms MPRT və ya 4 ms GtG seçilə bilər). Həmçinin monitorlarda Dial Point öəzlliyi varki, bununla FPS oyunçuları daha rahat nişan ala biləcəklər. Monitorlar VA, TN İPS panellər mövcud olacaq.

AOC modellərdə gözü yormayan aşağı göy işıq qoruyucusa var. Monitorlarda Flicker-Free özəlliyidə varki, bu özəllik ekrandakı rənglərin (qarışmasına) titrəməsinə imkan vermir.

23.6 modeli 239, 27 modeli 289 və 32 düymlük modeli isə 349 dollardan satışa çıxacaq.

Monitorların videosunu sizlərə təqdim edirik.