AMD ekran kartlarında köklü dəyişiklər etmək fikrindədi.

AMD şirkət olaraq etdiyi yeniliklərlə istifadəçilərin rəğbətini qazanmağa davam edir.

Ekran kartı bazarında Nvidia ilə rəqabətdə olan AMD, bu sahədə yeniliklər edəcəyini açıqladı. Belə ki, GPU müdüri olan David Wang özlərinə xas və qeyri-adi yeniliklər edəcəklərini deyib. Bilirik ki, Nvidia ilə AMD Radeon GPU arasında fərq hiss olunur. Bir çox insan GTX 1000 seriyasından istifadə edir. Bazarda satış payında bu açıq aşkar hiss olunur. David Wang qeyd edib ki, AMD illik ekran kartı istehsal edəcək. Yəni hər il yeni ekran kartları və GPU istehsalı olacaq. İntel-in 2020-də GPU bazarına daxil olması,və ( Nvidia , AMD )bunlar arasında rəqabət daha da güclənəcək. Bu isə bazarda həm qiymət, həmdə performans rəqabətinin olacağını göstərir. Yeni ekran kartlarının bizlərə hansı gücdə təqdim edilməsini səbrsizliklə gözləyirik.