ABŞ: Kosmos artıq yeni müharibə meydanı

ABŞ Hava Qüvvələri katibi Heather Wilson Washingtonun kosmosu “müharibə meydanı” olaraq gördüyünü açıqladı.


Wilson  ABŞ Müdafiə Nazirliyinə (Pentagon) təqdim etdiyi sənədlərdə “Biz kosmosu müharibələrin aparılması üçün bir sahə hesab edirik” sözlərini qeyd etmişdi.​

ABŞ KOSMOSDA DA SAVAŞA HAZIRLAŞIR

Wilson Pentaqonun gələcək il üçün kosmik işlərin "iqtisadi olaraq sərfəli modernləşdirilməsi" xərclərini yüzdə 20 nisbətində artırmağa hazır olduğunu ifadə edərək  "Əməliyyatlarımızın bütün sahələrində gücümüzü artırmaq üçün kosmik modernizasiyaya diqqəti artırırıq."

İLK MƏRHƏLƏDƏ 100 MİLYON DOLLARLIQ MALİYYƏ

Ötən həftə maliyyələşdirilmək üçün 100 milyon dollar məbləğində maliyyələşdirilməsi nəzərdə tutulan "Space Enterprise Consortium" proqramının ötən həftə başlandığını açıqlayan Wilson: "Bu proqramla biz kosmosda daha çox təcrübə qazanacaq və imkanlarımızı genişləndirmək üçün kosmosu modelləşdirəcəyik".

Digər tərəfdən ABŞ Hava Qüvvələri Komandiri General David Goldfein Amerikan ordusunun kosmosda üstünlük qazanmasını gözlədiyini və bu üstünlüyün "hücum və manevr cəhətdən üstünlük" olduğunu qeyd etdi.