9 addımda süni zəkanın köməyilə gündəlik həyatınızı asanlaşdırın

Hər birimiz gündəlik həyatımızda bəzi işləri yerinə yetirməliyik və çox zaman da bu işləri daha da asanlaşdıracaq yollar axtarırıq. Bu yazıda sizə süni zəka ilə işləyən və istifadəçilərin şəxsi və iş həyatını daha da qaydasına salmağına kömək edən alət və xidmətləri təqdim edəcəyik.

 

Boomeranggmail.com ilə daha yaxşı e-mail-lər yazın

E-mail-inizi cavab veriləcək qədər yaxşı yazmısınızmi? Boomerang for Gmail əlavəsi e-mail-inizin uzunluğu və başlığı kimi detalları incələyərək, sizə bunu bildirəcək. Əlavə olaraq 15 $ xidmət haqqı ödəyərək yazılan e-mail-in nə qədər pozitiv olduğunu da dəyərləndirir. Bu xidmət 57 dili dəstəkləyir.

 

Brain.fm ilə işinizə fokuslanın

Həm veb, həm də mobil olaraq istifadə edilə bilən bu platforma hər hansı bir işə diqqətinizi fokuslamaq və yaxud da yatmağınıza kömək edəcək və mütxəssislər tərəfindən seçilmiş və hazırlanmış musiqiləri sizə təqdim edir. İlk 5 sessiya pulsuz olaraq təqdim edilir.

 

Beautiful.ai ilə keyfiyyətli təqdimatlar hazırlayın

Bu xidmət sizə daha tez və daha asan şəkildə gözəl təqdimatlar hazırlamağınıza kömək edəcək. Burada istədiyiniz məlumatı daxil etmək üçün 50-dən çox şablon mövcuddur.

 

Timelyapp.com ilə zamanı izləyin

Tam olaraq bir layihə üzərində çalışan və zamanı daim nəzarətdə saxlamaq istəyənlərin axtardığı bir yer məhz budur. Timely sizin daxil etdiyiniz məlumatlar üzərində işləyərək sizə ağıllı zaman cədvəli təqdim etməklə vaxtınıza daha da qənaət etməyə kömək edir.

 

Asklisa.ai ilə daha yaxşı şəkili paylaşın

İnstagram-da paylaşmaq üçün ən yaxşı şəkili seçə bilmirsiniz? Lisa-nın alqoritmi bunun üçün sizə kömək edər. Bu süni zəkalı platforma şəkilləri incələyərək daha uyğun olanı seçir, hətta şəkilləriniz üçün etiketlər (hashtag-lar) belə hazırlayır.

 

Claralabs.com ilə görüşlərinizi qaydasına salın

İclas və ya müsahibə üçün insanları dəvət etmək, görüşlərinizin keçirilməsi haqda qarşı tərəfi sizə uyğun olan vaxta uyğun olaraq məlumatlandırmaq Clara ilə daha asandır. Bu xidmət sizin üçün ən uyğun vaxtı müəyyən edəcək.

 

Gloat.com ilə yeni bir iş tapın

İstifadəçilərin CV-lərini və ya Linkedin profilini incələyən Gloat daha yaxşı iş tapmaq imkanını artıracaq alətləri təqdim edir.

 

Civikowl.com ilə daha keyfiyyətli xəbərləri seçin

Bu axtarış əlavəsi ilə oxumaq istədiyiniz xəbərlərin keyfiyyətini, hətta siyasi tərəfliliyini belə görə biləcəksiniz.

 

Fitgenieapp.com ilə daha ağıllı qidalanın

FitGenie arıqlamaq, əzələ yığmaq kimi sağlam həyat tərzi yaşamaq istəyənlər üçün hədəflər təyin etmək, müxtəlif yemək təklifləri vermək və bu yeməklərin necə hazırlanmasını göstərən çox faydalı bir yerdir.