8 Mart Qadınlar Günü Snapchat üçün baha başa gəldi!



Snapchat "8 Mart Beynəlxalq Qadınlar Günü" üçün platformasına yeni üz filtrləri əlavə etmişdi. Bu cür xüsusi günlər üçün filtlər təqdim edən və bu yolla istifadəçilərinin daha da sevgisini qazanmış Snapchat üçün bu dəfə işlər heç də qaydasında getmədi. Qadınlar Günü üçün hazırlanan filtrlər arasında Frida Kahlo, Rosa Parks və Marie Curie də var idi. Cəmiyyətdə böyük nüfuz sahibi olmuş bu qadınların filtrlərində edilən səhv sosial şəbəkələrdə sürətlə yayıldı.

Meksikalı rəssam Frida Kahlo-nun əsmər dəri tonunu ağ olaraq təqdim edən Snapchat-ə ilk zərbə buradan gəldi. Nobel mükafatçısı alim Marie Curie-nin filtrində isə sınaq kolbaları ekrana gəlir və sanki Marie Curie-nin ifrat makyaj etmiş halı ortaya çıxır. Qaradərili fəal Rosa Parks isə yenə sürpriz bir şəkildə ağ tonlu olaraq göstərilir.

3 qadını da istəmədən olsa da yanlış təqdim edən Snapchat Twitter-da istifadəçilərinin sərt tənqidlərinə məruz qaldı. Bu tənqidlərdən sonra Snapchat filtləri platformasından çıxarmağı qərara aldı.