6 GB RAM-lı Galaxy S8 yalnız Çində satılacaq!

Samsung Galaxy S8-in 6 GB RAM və 128 GB daxili yaddaş olan modeli yalnız Çində satışa çıxacaq.
Bu ilin yanvar ayında Samsung Galaxy S8-in 6 GB RAM və 128 GB daxili yaddaşa sahib olan versiyasının satışa çıxması haqqında məlumatlar var idi. Bir ay sonra isə bu versiyanın yalnız Çin və Cənubi Koreya bazarlarında məhdud sayda satılacağı elan olunmuşdu.

Yeni yayılan xəbərə görə isə 6 GB RAM olan versiyasının yalnız Çində satışa çıxacağı və başqa bazarlarda yer almayacağı iddia edilir. Bu məlumat Çində IHS-nin tədqiqat direktoru olan Kevin Wong tərəfindən bir Weibo mesajı şəklində gəldi. Mesajda telefonun beynəlxalq variantının sadəcə 4 GB RAM-lı olduğu deyilir.

Sonda qeyd edək ki, bu məlumatların heç biri Samsung tərəfindən rəsmi olaraq təsdiqlənməyib. Rəsmi məlumatlar 29 martda Galaxy S8-in təqdimatında açıqlanacaq.