5 ödənişsiz online CV hazırlama vasitəsi

CV işə qəbulda ilk və önəmli mərhələdir. CV-nizi daha cəlbedici etmək üçün aşağıdaki 5 vasitədən istifadə edə bilərsiniz.

1.CV Maker 

CV Maker vasitəsi ilə 17 fərqli dildə CV hazırlamaq mümkündür. İstifadəsi çox sadədir. Belə ki, sadəcə boşluqları doldurmalısınız həmçinin CV-ni istədiyiniz şəkilə sala bilərsiniz. Sayta üzv olaraq CV-ini köçürə, yeniləyə və ya PDF, HTML kimi formatlara çevirə bilərsiniz.

2.DoYouBuzz

Rəngli bir CV istəyənlər üçün əla seçimdir. Linkedin profilinizlə də giriş edə biləcəyiniz bu saytda PDF, Word və ya OpenOffice formatlarında CV hazırlaya bilərsiniz.

3.Resume.com
Resume.com-da CV-ni online olaraq hazırlaya daha sonra paylaşa, Word və ya PDF olaraq köçürə bilərsiniz.

4.Online CV Generator
Üzvlük lazım olmayan başqa bir vasitə olan Online CV Generator-da şəxsi məlumatlarınızı qeyd etdikdən sonra CV-ni PDF formatənda yükləyə bilərsiniz.

5.LiveCareer
LiveCareer Cv hazırlama vasitəsi ilə demək olar ki, xəyal edə biləcəyiniz hər şeyi etmək mümkündür. Sayt özündə bir çox funksiyaları birləşdirir. Belə ki, LiveCareer ilə müxtəlif karyera sahələri üzrə də fərqli Cv-lər hazırlaya bilərsiniz.