48 min dollarlıq fotokameradan 400 meqapiksellik şəkillər

Qiyməti və keyfiyyəti ilə özündən bəhs etdirən yeni Hasselblad H6D-400c

Smartfonlarımızla inanılmaz keyfiyyətdə şəkillər çəkə bildiyimiz bu günlərdə 400 meqapiksellik şəkillər çəkəbilən yeni kamera işıq üzü görüb.

İsveçdə istehsal edilən və Çinli bir şirkətin olan Hasselblad tərəfindən yaradılan bu kamera  2018-ci ilin yanvar ayında elan edilmişdi. Ötən günlərdə 48 min dollardan bazara çıxarılan bu kamera heyrətləndirici keyfiyyətdə şəkillər çəkir. 

H6D-400c Multi Shot adlı bu modelin çəkdiyi RAW formatlı şəkillər 755 MB həcminə qədər çıxa bilir. JPEG formatında isə 23200×17400 pikseldə 200 MB-lıq şəkillər əldə etmək mümkündür.

Adını 2-ci Dünya Müharibəsi zamanında almanlardan alınan bir kameranı inkişaf etdirərən isveçli ixtiraçı Victor Hasselblad-dan alan bu kamera ilə çəkilən bəzi şəkillərə aşağıdan baxa bilərsiniz.

Bu böcək şəkli fotoqraf Göran Liljeberg tərəfindən Hasselblad ilə HC 4/120mm makro lensi istifadə edilərək çəkilmişidir.

 

Bu şəkildə isə kamera və onunüzərindəki kiçik vintin yaxınlaşdırılmış versiyasının necə dəqiq götürüldüyünü görürsünüz.

Təbii ki, bunlar şəkillərin 716 MB-lıq .fff faylında olan forması deyil, xam hallarıdır :) .

Orijinal versiya üçün buraya daxil olub yükləyə bilərsiniz.