4 Dollara Smartfon!

Hindistanda istehsal olunan ucuz Freedom251 adlı smartfon 30 iyunda satışa çıxacaq ! Apple və ya Samsung-un cihazlarına həddindən artıq ödəniş etdiyini düşünənlərə sevindirici xəbər Hindistandan gəldi. Sektora keçən il addım atan "Ringing Bells Pvt. Ltd." adlı mərkəzi Hindistanda yerləşən şirkət ötən aylarda bəhs etdiyi ucuz ağıllı telefon Freedom251-in satışa təqdim ediləcəyi tarixi bildirdi. Təxminən 3.74 dollara satılacaq olan smartfon 30 iyunda satışa çıxacaq. FREEDOM251-İN XÜSUSİYYƏTLƏRİ: -Android Lollipop əməliyyat sistemi ilə işləyən cihazın ekranı 4 düym ölçüsündədir. -3 MP ön kamera və 3.2 MP-lik arxa kameraya sahib olan Freedom251 8GB-lıq daxili yaddaş tutumuna malikdir. -Əlavə yaddaş girişinə icazə verən telefon 32 GB-a qədər xarici yaddaşa sahib ola bilir. Kiçik bir xəbərdarlıq bu telefonu xaricdən ucuz aldığınız halda qeydiyyat haqqı əlavə olunduğundan ümumi xərci kifayət qədər olur. Təşkilat heç bir xidməti sim kart şirkətinin də bu cihaza dəstək vermədiyini vurğulayaraq müştəriləri xəbərdar etdi. İPHONE OXŞARLIĞI ! Freedom 251-in əslində xarici görünüşünün tamamilə Çin istehsalı ADCO Ikon 4 telefonuyla eyni olduğu, sistemdəki bütün təsvirlərin də iPhone-dan götürüldüyü aydın görünür. Lakin, şirkətin rəhbəri Mohit Goel bütün tənqidlərə baxmayaraq istehsaldan imtina etməyəcəklərini açıqladı. "Bütün hökumət təşkilatlarının istintaqlarına açığıq" deyən Goel, "Freedom251 modeli də daxil olmaqla müştərilərə ən ucuz və ən keyfiyyətli məhsulları təqdim etməyə davam edəcəyik" dedi. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .