360 dərəcəlik kamerası olan ilk smartfon!

Fevral ayının sonlarında bütün texnologiya sevənlərin səbrsizliklə gözlədiyi Mobil Dünya Konqresində bir çox məşhur markalar yeni modellərini təqdim etdilər. Bu tədbirdə məşhur markalarla yanaşı bəzi tanımadığımız markaların modelləri də diqqət çəkməyi bacardı. Onlardan biri 360 dərəcəlik kamera özəlliyinə sahib olan Darling ProTruly smartfonu idi.

Darling ProTruly-nin sadəcə kamerası deyil, digər özəllikləri də diqqət çəkir. Smartfonda MediaTek MT6797 Helio X20,4GB RAM, 64GB daxili yaddaş, 5,5 düymlük AMOLED ekran, 3560 mAh batareya, Android Marshmallow ƏS, 13MP ön və arxa kamera kimi özəlliklər vardır. Əlavə edək ki, bu cihazda barmaq izi sensoru və USB Type-C də öz yerini almışdır.




Darling ProTruly Elite Edition və Extreme Edition olmaqla 2 versiyada təqdim edildi. Satış qiymətləri isə müvafiq olaraq 590$ və 1300$-dır. Telefonun lüks versiyasına qızıl xətlər və 4 ədəd almaz əlavə edilmişdir.