32 GB-lıq iPhone dünyanın ilk 512 GB-lıq iPhone-una çevirildi! [VİDEO]


iPhone 7 Plus-un daxili yaddaşını 32 GB-dan 512 GB-a qaldıran Federico Cervo adlı youtuber öz YouTube kanalından bunu necə etdiyini izah etdi.

Apple ilk iPhone istehsal etdiyi vaxtlarda 4 GB daxili yaddaş təqdim edirdi, indi isə bu rəqəm 32-64 GB-a qədər qaldırılıb. Lakin bu telefonların microSD kartı dəstəkləməməsi bir müddət sonra bu yaddaş həcminin kifayət etməməsi ilə nəticələnir.

Aşağıda izləyəcəyiniz videoda isə bu çatışmazlığı necə aradan qaldırmaq lazım olduğu göstərilir.

Bu işi həyata keçirmək üçün iPad Pro-nun 512 G-lıq yaddaş çipindən istifadə edən Federico Cervo iPhone 7 Plus-un içini açaraq oradakı sistemə inteqrasiya edilmiş çipi çıxarır və Çindən əldə etdiyi iPad Pro çipini telefona birləşdirir. Bundan sonra isə iPhone 7 Plus’ta 512 GB daxili yaddaşa sahib olur.

Cervo iPhone 7 Plus-a yeni çipi yerləşdirdikdən sonra telefon normal çipli iPhone 7 Plus və iPhone 8 Plus ilə müqayisədə daha yaxşı performans göstərdi.