300 Dollara özünüzə iPhone 6S hazırlayın!

Ehtiyyat hissələrini alaraq öz iPhone 6S-inizi yaradın. Necə? Xəbəri sonadək oxuyun..


Nə alacağınızı dəqiq bilirsinizsə şübhəsiz ki, onu Çində tapa bilərsiniz. Scotty Allen də bunu isbat etmək istəyirdi. Bu səbəbdən də o, öz iPhone 6S-ini bütünlükdə Çin küçələrindən aldığı ehtiyyat hissələrindən hazırlamaq qərarına gəlir. Nəticədə o, təxminən 300 dollarlıq bir xərclə yeni bir cihaz əldə edib.

Scotty Allenin 24 dəqiqəlik videosunda Çində ehtiyyat hissələrinin qeyri-qanuni satışının olduqca inkişaf etdiyini görürük. Videodan da açıq-aydın görünür ki, vintdən ekrana, prosessordan batareyaya qədər hər şeyi Çin küçələrində tapmaq mümkündür.

Sonda qeyd edək ki, bu videonun məqsədi daha ucuz iPhone 6S əldə etmək deyil, əsas məqsəd iPhone 6S-in hazırlanmasında istifadə olunan bütün ehtiyyat hissələrinin Çin küçələrindən tapılmasının mümkünlüyünü isbat etməkdir. Scotty Allen isə öz məqsədinə çatır. O, öz iPhone 6s-ini hazırlamağa təxminən 300 dollar vəsait sərf edir amma Çinə getmək xərclərini də hesaba qatsaq bu məbləğ 1000 dollara çatır.

Scotty Allenin 24 dəqiqəlik bu maraqlı videosunu aşağıdan izləyə bilərsiniz