3 milyon android cihaz təhlükədədir !

Xüsusilə Çin istehsalı olan Android əməliyyat sistemli ağıllı telefonlarda tapılan açığın 55 ağıllı telefon modelini və 3 milyon cihazı təhdid etdiyi deyilir . Milyonlarla cihazı təhdid edən Android açığı Bitsight adlı təhlükəsizlik firması tərəfindən aşkar edilən bu açıq Android əsaslı ağıllı telefonlar üçün ciddi bir risk yaradır. Xüsusilə Çin istehsalı olan Android ağıllı telefonlarda istifadə edilən Ragentek firmware içərisində iştirak edən bu rootkitlərin 3 milyon cihazı təhdid etdiyi deyilir. BLU Studio G ağıllı telefon ilə reallaşdırıldığı ifadə edilən geniş ölçülü testlərdə qurğu icazəsiz girişdən istifadə edib bir təqib edici faylın quraşdırılmasını reallaşdırır .Firmwarenin icazəsi ilə tətbiqlərin yükləməsinə icazə verilir və idarəetməsi ələ keçirilən cihaza zərər vermək mümkün olur . Bitsight məlumatların müxtəlif serverlərə köçürüldüyünü və təxminən 55 ağıllı telefon modelinin bu açığa sahib olduğunun vurğulayır. Hətta digər dəqiq modeli bilinməyən bəzi cihazlarda da bu vəziyyət müşahidə edilir. ABŞ mərkəzli BLU-nun yüzdə iyimi altısı bu riskə sahibdir və ən çox riskə sahib olan markadır . Digər çinli istehsalçıların isə Doogee, Leagoo və Infinix kimi adlar olduğu açıqlanır. BLU-ya mövzuyla əlaqədar məlumat verildiyi ancaq şirkətin hələ bir cavab vermədiyi də məlumatlar arasındadır. Çindən gələn ağıllı telefonlarda kəşf edilən təhlükəsizlik açıqlarının qlobal bazarda böyük əks-səda tapacağı istisna deyil .