2016-nın ən yaxşı oyunları seçildi!

GDC 2017 oyun mükafatları sahiblərinə təqdim edildi!
San Fransiskoda təşkil edilən Game Developers Choice mükafat mərasimində bir çox oyun qurucusu bir araya gələrək 2016-nın ən yaxşı oyunlarını seçdi. Uncharted 4: A Thief's End, Battlefield 1Inside kimi oyunların da namizəd olduğu mükafat mərasimində "İlin ən yaxşı oyunu" Overwatch seçildi. Mərasimdə No Man's Sky-ın mükafat alması hər kəsi təəccübləndirdi. GDC-də mükafat alan oyunların siyahısı:

İlin ən yaxşı oyunu - Overwatch

Qabaqcıllıq mükafatı - Jordan Mechner

Yenilik mükafatı - No Man’s Sky

Təmsilçi mükafatı - Mark Deloura

Ən yaxşı texnologiya - Uncharted 4: A Thief’s End

Ən yaxşı dizayn - Overwatch

Ən yaxşı VR/AR oyunu - Job Simulator

Ən yaxşı vizual sənəti - Inside

Ən yaxşı izah - Firewatch

Ən yaxşı yüksəliş - Campo Santo (Firewatch ilə)

Ən yaxşı səs - Inside

Həyat boyu müvəffəqiyyət mükafatı - Tim Sweeney

Tamaşaçı mükafatı - Battlefield 1

Ən yaxşı mobil/əl konsolu oyunu - Pokémon GO