2016-cı ilin ən çox satılan 10 oyunu açıqlandı!

Amerika Birləşmiş Ştatlarında keçən ayın son nəticələrinə görə 2016-cı ilin ən çox satılan 10 oyunu açıqlanıb. Beləki, sıranın 1-ci pilləsində Resident Evil 7: Biohazard oyunudur. Lakin artıq oyun dünyasına çoxdandır giriş edən GTA V hələ də sıranın ilk üçlüyündədir. Resident Evil 7 oyunu 24 dekabr tarixində satışa çıxarılmasına baxmayaraq, çıxdığı ilk gündən milyonlarla satılmağa başlayıb. Araşdırmalara görə, Resident Evil seriyasının yaradıcısı Capcom-un 2009 ilində satışa çıxardığı Resident Evil 5-dən bəri ilk dəfədirki bu sıraya başçılıq edir. Növbəti yeni bir xəbərdə GTA V ilə əlaqədərdir. Bildiyiniz kimi fenomen oyun 2013-cü ildə yaradılıb və satışa çıxarılmasından bu yana hələ də ən çox satanlar siyahısında özünə yer tapmağa davam edir. Sıranın 3-cü pilləsində yer alan oyun yaxın zamanlarda ən çox danışılan Battlefield 1 oyununu belə geridə qoyub. 2016-cı ilin ən çox satılan 10 oyunu belədir:

1. Resident Evil 7: Biohazard

2. Call of Duty: Infinite Warfare

3. Grand Theft Auto V

4. Battlefield 1

5. NBA 2K17

6. Kingdom Hearts HD 2.8 Final Chapter

7. Madden NFL 17

8. Watch Dogs 2

9. Overwatch^

10. FIFA 17