2 pizza üçün 10 min Bitcoin ödədi

Texnologiya dünyasının ən böyük səhvləri

Verdiyi səhv qərar ilə 50 milyard dolları əldən verən investor, iPod istehsal etmək fikrini rədd edən şirkət, 2 pizza satın alaraq 10 min bitcoin ödəyən şəxs kimdir? Beləliklə, texnologiya dünyasının ən böyük səhvləri...

22 may 2010-cu ildə Laszlo Hanyecz adlı Bitcoin istifadəçisi bitcointalk.org forum saytında bir təklif yerləşdirdi. İlk bitcoin alış-verişini həyata keçirən bu adam istəmədən də olsa həyatının ən böyük səhfini etdi. 2 böyük pizza üçün 10 min Bitcoin (o dövrün məzənnəsi ilə 41 dollar) ödəyəcəyini bildirən Hanyecz-in bu təklifinə bir istifaçidən cavab gəlir və alış-veriş həyata keçir. Pizzaları satan şəxs nöbəti aylarda bu bitcoinləri pula çevirir. O dövrdə indiki qədər dəyərli olmayan 10 min Bitcoin-in indiki dəyəri 78.5 milyon dollardır. Bu şəxs Bitcoin-ləri özündə saxlasaydı tarixin ən bahalı pizzasını satan insan olaraq olduqca dəbdəbəli bir həyat yaşayardı.

Kodak 1975-ci ildə kameralardakı lent rulonuna ehtiyacı olmayan bir cihaz yaratmaq istəyən mühəndisin fikrini axmaqlıq kimi qəbul etdi. İllər sonra rəqəmsal kameralara məğlub olan şirkət 2013-cü ildə iflas etdiyini açıqlamışdı.

Google-un yeni ortaya çıxdığı vaxtlarda Yahoo şirkəti Google-u asanlıqla satın ala bilərdi. Ancaq indi Google-un dəyəri 500 milyard dollardır. Yahoo isə bol sıfırların səsləndiyi bu dövrdə 4.48 milyard dollara 2017-ci ildə amerikalı Verizon Communications şirkətinə satıldı.

84 yaşlı Ron Wayne

1976-cı ildə 10%-lik Apple səhmdarı olan Ron Wayne bu səhmlərini 1500 dollara satmışdı. O, həmin səhmləri saxlasaydı bugün 50 milyard dollarlıq sərvətə sahib olardı.

RealNetworks adlı şirkət iPod fikrini təqdim edən Tony Fadell adlı şəxsə üz çevirdi.Fadell-in bu layihəsini fürsət olaraq görən Apple milyonlarla iPod sataraq böyük gəlirlər qazandı.

1990-cı illərdə Sony və Nintendo bir oyun konsolu üçün güclərini birləşdirdi. Lakin yaşanan anlaşmazlıqlar səbəbilə layihəyə son verildi. Bir müddət sonra isə Sony ağlında olan layihəni reallaşdıraraq PlayStation-u yaratdı.

Telefonu ixtira edən Alexander Graham 1876-cı ildə patenlərini Western Union-a təklif etmişdi. Şirkət bu təklifi rədd edərək tarixi fürsəti əllərilə itələdi.

2000-ci ildə Blockbuster Netflix-I 50 milyon dollara satın ala bilərdi. Bu gün isə 1997-ci ildə yaradılan Netflix-in dəyəri 62 milyard dollardır.