"Skype" Android və Windows Phone-un əvvəlki versiyalarını dəstəkləməyəcək!

Anlıq mesajlaşma proqramı olan Skype-ın gələcək fəaliyyəti ilə bağlı bir neçə dəyişiklik edən Microsoft bəzi istifadəçilərin xoşuna gəlməyəcək bir qərar qəbul etdi. Skype-ın mövcud əsasını P2P(peer-to-peer) texnologiyası təşkil edir. Ancaq yaxın günlərdə Skype-da bu infrastruktur yerinə bulud sistemi istifadə ediləcək. Bu dəyişikliklə birlikdə mobil versiyada Windows Phone və Android-in əvvəlki versiyalarından bəzilərini artıq dəstəkləməyəcək. Microsoft-un verdiyi qərar bəzi Android və Windows Phone mobil istifadəçilərini məyus edə bilər. iOS 8, Android 4.03 və Windows 10 mobili dəstəkləməyə davam edəcəyini bildirən Microsoft Windows Phone 8 və əvvəlki versiyalarını ,eləcə də Android 4.03-dən aşağı versiyaları daha dəstəkləməyəcəklərini açıqladı. Hələlik ən aşağı versiyadakı əməliyyat sistemlərinə dəstək verilməsinə davam ediləcəyi bildirilsə də bir müddət sonra bu istifadəçilər Skype-ın mobil versiyasından məhrum olacaqlar. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .