"Pokemon GO" bələdçisi

Mobil oyun dünyasında son zamanların ən səs gətirən istehsallarından biri olan Pokemon GO üçün bütün detallarını Pokemon GO bələdçisiylə sizlərə təqdim edirik. Çıxışından qısa bir müddət sonra bütün dünyada böyük bir oyunçu kütləsini əhatə etməyə başlayan Pokemon GO çılğınlığı hər keçən gün artmaqda davam edir. Pokemon GO Nədir? Necə oynanılır? Pokemon GO artırılmış virtual reallıq texnologiyası tətbiq edilərək Android və İOS platformaları üçün hazırlanmışdır və cihazda GPS(Location)-dən istifadə edərək işləyir. İstifadəçinin cihazında internet və GPS funksiyaları açıq olmaqla istifadəçi xəritədə göstərilən Pokemonların yanına gedir, Pokemonları toplayır, xallar qazanır, oyunda müxtəlif səviyyələrə yüksəlir və s.


"The Pokemon Company" tərəfindən hazırlanan oyunun rəsmi olaraq çxışı 6 iyul tarixində reallaşdırıldı. Beta versiya müddətindən indiyə qədər bütün dünya üçün aktiv olmayan Pokemon GO hal-hazırda rəsmi olaraq yalnız Avstraliya, Yeni Zelandiya və Şimali Amerikadakı istifadəçilərə təqdim edilib. 1997-ci ildə Yaponiyada "Pokemon"(PocketMonsters) adlı meydana çıxan çizgi filmdən ilhamlanaraq yaradılan oyunun mövzusu çizgi filmindən də vərdiş etdiyimiz kimi Pokemon tutma və digər oyunçuların tutduğu Pokemon ilə döyüşmə üzərinə qurulub. Pokemon GO-nun xüsusiyyəti nədir? Pokemon GO-nun əsas xüsusiyyəti "online oyun" və "offline oyun" anlayışlarını birləşdirməsidir. Yəni siz həm cihazınızla oyun oynayırsınız, həm də evdən bayıra çıxıb alış-veriş mərkəzi tərəfə , dəniz kənarına və ya hərhansı metroya tərəf gedirsiniz və qarşınıza çıxan Pokemon-ları toplayırsınız. Real olaraq küçədə gəzirsiniz və eyni zamanda siz ekrana baxır, yaxınlıqdakı Pokemonları axtarır və onları toplayırsınız. Pokemon GO-nun Sistem Tələbləri Pokemon GO Android və İOS platformasındakı cihazlar üçün bazara çıxarılıb, amma, çox təəssüf ki bütün mobil cihazlar üçün dəstək vermir. Belə ki Pokemon GO-nu oynaya bilmək üçün istifadə edilən cihaz bəzi sistem tələblərini qarşılaya bilməlidir. Ayrıca olaraq Pokemon GO-nun İntel Atom prosessorlu telefonlara dəstək vermədiyini də xatırladaq. Android üçün tələblər: Əməliyyat Sistemi: Android 4.3 və yuxarı Prosessor: 1 GHz DualCore və yuxarı Qrafik Prosessor: Adreno 305 və yuxarı İOS üçün tələblər: Əməliyyat Sistemi: İOS 6 və yuxarı Prosessor: 1 GHz Cortex A8 və yuxarı Qrafik Prosessor: PowerVR SGX535 və yuxarı Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .