"HTC"-nin Nexus telefonları yalnız ekran və batareya ilə fərqlənə bilər .

Texnologiya.az "Android Police"-ə istinadən bildirir ki , "HTC"-nin iki yeni cihazının eyni vaxtda təqdim ediləcəyi gözlənilir . Google bu cihazların "Marlin" və "Sailfish" adları altında istehsal ediləcəyini bildirib . "Android Police"-dən verilən məlumata görə təqdim ediləcək cihazların xüsusiyyətləri aşağıdakı kimi olacaq : Quad-core Qualcomm prosessor 5.5-inch QHD AMOLED ekran USB-C port 8 meqapikselli ön kamera, 12-meqapikselli arxa kamera Arxa barmaq izi skaner 4GB RAM 3450mAh batareya 32GB və ya 128GB yaddaş Marlin və Sailfish arasında fərqlər yalnız ondan ibarətdir ki , Marlin daha böyük ekran ölçüsnə və böyük batareyaya malik olacaq . Android Police cihazların aparat təminatının : kameralar, CPU və RAM eyni olacağını gözləyir. Cihazların təqdim ediləcəyi tarix və qiymət haqqında hələ ki bir məlumat mövcud deyil, lakin cihazların yaydan sonra təqdim ediləcəyi gözlənilir . Mənbə : Android Police