"Google" Rio Olimpiadaları üçün əyləncəli bir oyun yayımladı!

Google 5 avqust tarixindən etibarən başlayan Rio Olimpiadaları 2016 üçün xüsusi bir oyun yayımladı. Google 5 avqust tarixində başlayıb 21 avqusta qədər davam edəcək olan 2016 Rio Olimpiadaları üçün xüsusi bir oyun seriyası yayımladı. Android və iOS platformaları üçün xüsusi olaraq yayımlanan oyunda idarə edəcəyiniz personaj meyvələrdən ibarətdir. Olimpiadalardakı idman kateqoriyalarından bəzilərinin iştirak etdiyi oyunda qaçış, tennis, üzgüçülük, su topu kimi idman növləri iştirak edir. Oyun ekran üzərində göstərilən düymələrdən istifadə edilərək idarə edilir. Oyunun mobil oyun olmadığını isə xüsusi qeyd edək. Tətbiqin Android və ya iOS versiyalarını (hansından istifadə edirsinizsə) yenilədikdən sonra Google brauzerini açdığınızda qarşınıza bir Doodle çıxacaq. Həmin Doodle-ın üzərində klik etdiyinizdə isə oyun mobil tətbiq kimi ekranınızda çıxacaq. İstədiyiniz idman kateqoriyasının üzərinə toxunduqdan sonra isə oyuna başlaya bilərsiniz. Əgər Doodle qarşınıza çıxmırsa brauzeriniz hələ yenilənməyib deməkdir. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .