“Steam” ödəmələri “Bitcoin” ilə də qəbul edəcək

Texnologiya.az "Technews.az"-a istinadən bildirir ki , PC oyunları deyildiyi zaman ağla ilk “Steam” gəlir, çünki “Steam” dünyanın ən böyük oyun satış məkanıdır. Bu nəhəng oyun məkanı “Bitcoin” ilə ödəmə qəbul etməyə hazırlaşır. Bəs ödəmə necə həyata keçiriləcək? Ödəmə miqdarı günlük kurs ilə Bitcoin-ə çevriləcək və bu məbləğ hesabınızdan çıxılacaq. Ödəmə “Valve”-ə Bitcoin ilə deyil, çevirdiyiniz pul vahidi olaraq çatacaq. “Valve”-nin bu addımı oyun satışlarına təsir edəcək, çünki “Bitcoin” getdikcə məşhurlaşan pul platformasıdır.