“Facebook-u silin” kampaniyasına baxmayaraq, Facebook-un istifadəçi sayı 2.2 milyarda çatdı

Facebook-un bu ilin ilk rübündəki mənfəəti ötən ilin eyni zamanı ilə müqayisədə 63% artaraq 4.99 milyard $-a çatdı. Baş verən məlumat skandalından sonra başlayan “Facebook-u silin” kampaniyasından sonra da sosial mediya nəhənginin istifadəçi sayı artdı.

Ötən ilin ilk rübündə Facebook-un səhmbaşına mənfəəti 1.04 $ olduğu halda, bu il bu rəqəm 1.69 $-a yüksəldi.

Şirkətin ilin ilk rübündəki gəliri də ötən ilin eyni zamanı ilə müqayisədə 49% artaraq 11.97 milyard $-a çatdı. Ötən ilin ilk 3 ayında isə Facebook 8.03 milyard $ gəlir əldə etmişdi.

Reklamlardan əldə edilən gəlirə gəlikdə isə 2017-ci ilik ilk rübündə reklamdan gələn gəlir 7.86 milyard dollar, 2018-ci ilin ilk rübündə isə 11.79 milyard $ təşkil edərək 50% artımla müşahidə olunub.

Aylıq istifadəçi sayı 2.2 milyarda çatdı

Bu il həm də günlük və aylıq aktiv istifadəçi sayında da artım olub. Belə ki:

  • Günlük aktiv istifadəçi sayı ötən ilin ilk rübü ilə müqayisədə bu ilin ilk rübündə 13.3% artaraq 1.45 milyard nəfər;
  • Aylıq aktiv istifadəçi sayı isə ötən ilin ilk rübü ilə müqayisədə bu ilin ilk rübündə 13.4% artaraq 2.2 milyard nəfərə çatıb.

Facebook-un ilk rübdəki balans hesabatının müsbət olmağından sonra səhmlərin qiymətində də artım baş verib. Nyu-York Birjasında həyata keçən əməliyyatlarda Facebook-un səhmbaşına qiyməti 4.8% artaraq 167.36 $-a çatıb.