“Azərkosmos” və “Sil.” Innovasiya mərkəzi “NewSpace” Biznes Akselerator proqramını elan edir

Kosmik xidmətlər və yaxın sahələrdə innovativ ideya, layihə və məhsulları olanlar, 100.000 manat dəyərində biznes dəstək paketi və 20.000 manatadək maliyyə dəstəyi sizi gözləyir!

“Azərkosmos” ASC və “Social Innovation Lab (Sil.)” innovasiya mərkəzi kosmik xidmətlər və yaxın sahələrdə innovativ layihə və məhsulların aşkar edilməsi, layihə sahiblərinin investisiya-maliyyə vəsaitlərinə və bazara çıxışının asanlaşdırılmasına dəstək verilməsi məqsədilə “NewSpace” Biznes Akselerator proqramına müraciətləri açıq elan edir.

Elə indi müraciət edin və 4 aylıq professional akselerasiya proqramına qəbul olacaq 10 startapdan biri olaraq layihənizi proqramın təklif etdiyi 100.000 manat dəyərində biznes dəstək paketi (peyk resursları, texniki və biznes dəstək resursları, iş məkanı və s.) vasitəsilə inkişaf etdirmək, proqram sonunda toxum investisiya əldə etmək (1-ci yer 10.000 manat, 2-ci yer 5.000 manat, 3-cü yer 3.000 man), proqram tərəfdaşları və investorlarla müqavilə imzalamaq imkanını, beynəlxalq texnologiya-innovasiya sərgi və konfranslarında iştirak etmək şansını qazanın!

Son müraciət tarixi: 15 noyabr, 2018

Müraciət və daha ətraflı məlumat üçün: http://newspace.az/

Proqram özünün öyrədici strukturuna, sahə üzrə spesifik problemlər (və ehtiyaclar) əsasında qurulan yanaşmasına, təklif etdiyi resurs paketinə və əhatəsinin genişliyinə görə proqrama qəbul olunan startaplara və ideya müəlliflərinə 4 ay ərzində çox böyük inkişaf xətti təklif edir. Bundan əlavə, proqram sonunda ən yaxşı 3 startap “Azərkosmos” ASC (və onun tərəfdaşları) ilə müqavilə imzalamaq imkanı əldə edir. İndi isə gəlin “NewSpace” proqramı ilə daha ətraflı tanış olaq:

Kimlər bu proqramda iştirak edə bilər?

Kosmik xidmətlər və yaxın sahələrdə innovativ ideya, layihə və məhsullara malik və sahibkar ruhlu hər bir şəxs bu proqrama qatıla bilər. Tələbə, sahibkar, startapçı, müəllim, tədqiqatçı və s. peşənizdən asılı olmayaraq “NewSpace” proqramı bu sahəyə maraq göstərən hərkəs üçün açıqdır.

Hansı ideyalarla müraciət etmək olar?

Proqramın müəyyən etdiyi ehtiyac və ya problemlərdən (http://newspace.az/challenges/) istənilən birinə və ya kosmik xidmətlər və yaxın sahələrdə hər hansı bir innovativ layihə və ya ideya ilə müraciət edə bilərsiniz. Yuxarıdakı keçiddə verilmiş kateqoriyalardan istənilən birinə aid olan bir ehtiyacı və ya çətinliyi həll edəbiləcək yeni, kreativ və original ideyanız ilə müraciət edin (həlliniz verilmiş 3 kateqoriya üzrə olan ehtiyaclardan heç birinə uyğun gəlmədiyi təqdirdə Açıq kateqoriya - “Open Track” üzrə müraciətinizi göndərə bilərsiniz).

Proqrama qəbul olan layihələri nə gözləyir?

"NewSpace" 3 əsas mərhələdən ibarətdir:

Mərhələ 1: Kamp (Bootcamp) – 1 - 2 dekabr, 2018

Müraciətlərə əsasən, “NewSpace” proqramına qəbul olunan 10 startap komandası / layihəsi “NewSpace” proqramının mentor komandası tərəfindən 10 modul üzərində keçirilən 2 tam günlük intensive kampda iştirak edirlər. Burada iştirakçılar innovativ məhsulun qurulması prosesində ən vacib bilikləri praktiki olaraq öz layihələri üzərində tətbiq edərək öyrənirlər.

Mərhələ 2: İntensiv Akselerator Proqramı – 3 dekabr, 2018 – 30 mart, 2019

İki günlük bootcamp bitdikdən sonra komandalar 16 həftəlik intensiv akselerator proqramına başlayırlar. Burada komandalar ekspertlər tərəfindən proqramın müəyyən etdiyi vacib texniki və biznes konseptləri üzərində praktiki işləyəcək, layihələrinin ilkin işlək versiyasını hazırlayacaq, satış, intellectual mülkiyyət və digər vacib addımları yerinə yetirərək proqress edəcəklər.

Mərhələ 3: Demo Day – 4 aprel, 2019

İntensiv Akselerator Proqramından sonra komandalar yerli və beynəlxalq ekspertlərin və investorların da iştirak edəcəyi münsiflər qarşısında öz məhsullarını təqdim edəcəklər.

Nə qazanacaqsınız?

Bu il proqrama qəbul olunacaq 10 startap 4 aylıq professional akselerasiya proqramı çərçivəsində öz layihələrini proqramın təklif etdiyi 100.000 manat dəyərində biznes dəstək paketi (peyk resursları, texniki və biznes dəstək resursları, iş məkanı və s.) vasitəsilə inkişaf etdirərək, proqram sonunda toxum investisiya və proqram tərəfdaşları və investorlarla müqavilə imzalamaq imkanı, beynəlxalq texnologiya-innovasiya sərgi və konfranslarında iştirak etmək imkanı uğrunda yarışacaqlar!

Toxum investisiya (ilkin) məbləğləri:

– Birinci yer: 10.000 manat,

– İkinci yer: 5.000 manat

– Üçüncü yer: 3.000 manat.

Qalib 3 startap “Azərkosmos” ASC ilə birlikdə beynəlxalq texnologiya-innovasiya sərgi və konfranslarında iştirak edərək öz məhsullarını xarici bazara təqdim etmək imkanı əldə edəcəkdir.

Qaliblər eyni zamanda innovativ layihələrin real bizneslərə çevrildiyi 6 aylıq “scale up” proqramına qəbul olunacaqlar. Burada startaplar “Azərkosmos” ASC (və onun tərəfdaşları) ilə imzalanmış müqavilələrə əsasən peşəkar istehsal və ilkin satış həyata keçirəcəklər.

Özünüzə və ideyalarınıza güvənin və müraciət edin!

Son müraciət tarixi: 15 noyabr, 2018

Müraciət və daha ətraflı məlumat üçün: http://newspace.az/

Suallarınız olarsa, “Social Innovation Lab” və ya “NewSpace Accelerator” facebook səhifələrinə yaza və yaxud +994558356538 nömrəsinə zəng vuraraq suallarınızı verə bilərsiniz.

Bir daha qeyd edək ki, “NewSpace” proqramının təşkilatçıları “Azərkosmos” ASC və “Sil.” innovasiya mərkəzidir. Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. “Sil.” innovasiya mərkəzinin təşkil etdiyi digər beynəlxalq proqramlar haqqında məlumatlı qalmaq üçün “Social Innovation Lab” facebook səhifəsini izləyə və www.sil.vc vebsəhifəsindən ətraflı məlumat əldə edə bilərsiniz.