İnstagramdan yenilik: Artıq kompüterdən hekayə paylaşmaq mümkündür

Kompüter versiyası üçün iki yeni özəllik əlavə olundu: hekayə paylaşımı və paylaşımları yadda saxlamaq.

İnstagramın kompüter versiyasında sol üst küncdən kamera işarəsinə vurub qalereyadan şəkli seçərək hekaye olaraq paylaşmaq mümkündür. Bundan əlavə, hekayəyə mətn əlave oluna biləcək və mətnin rəngini dəyişdirmək olacaq.

Əlavə olaraq insanlar instagram.com-da istədikləri paylaşımları yadda saxlaya biləcəklər.

Hələlik beta versiyasında olan özəllik yaxın vaxtlarda istifadəyə veriləcəkdir.