İnstagram hesabını silmək və ya dondurmaq qaydası! (Ətraflı izah)

İnstagram hesabını silmək və ya dondurmaq istəyən istifadəçilər üçün cari İnstagram şərtlərinə əsaslanan bir xəbər hazırladıq.


İnstagram-ın gündəlik aktiv istifadəçi sayı milyonlarladır. Ölkəmizdə də bu sosial şəbəkəyə maraq çox böyükdür. Bu xəbərimizdə "İnstagram hesabını necə silmək və ya dondurmaq olar?" sualına cavab verməyə çalışdıq. Öncədən qeyd edək ki, bütün yazılanları diqqətlə oxuyun və birə-bir eynisini tətbiq etdiyinizdən əmin olun.

1. İnstagram hesabını silmək.

Əgər siz İnstagram hesabınızı silmək istəyirsinizsə bilməlisiniz ki, hesabınızda olan bütün şəkillər, məlumatlar silinəcəkdir və bir daha o hesabı açaraq istifadə edə bilməyəcəksiniz. Bu şərtlər sizə uyğundursa aşağıdakı linkə daxil olaraq "hesabınızı silmək prosesi"-ni başlada bilərsiniz.

İnstagram hesabınızı silin

Bu bölmədə soruşulan 6 səbəbin sizə daha uyğun olanını seçin. Səbəblər müvafiq olaraq bu ardıcıllıqladır:

1. İstifadəyə başlamaq çətin gəldi.

2. İkinci bir hesab açdım.

3. Bir obyekti silmək istəyirəm.

4. Çox vaxtımı alır.

5. İzləyəcək insanlar tapa bilmirəm.

6. Başqa bir səbəb.

Hesabınızı silə bilmək üçün sonda sizdən şifrəniz tələb ediləcəkdir. Şifrənizi doğru şəkildə daxil edib son mərhələdə "hesabımı daimi olaraq sil" yazısına toxunun. İnstagram hesabınız tamamilə silinəcəkdir.

2. İnstagram hesabını dondurmaq.

Əgər siz İnstagram hesabını müvəqqəti olaraq silib daha sonra yenidən bərpa etmək istəyirsinizsə onda bu funksiya daha çox işinizə yarayacaqdır. Dondurduğunuz hesabınızı istifadəçi adı və şifrəsini unutmamaq şərti ilə bərpa edə bilərsiniz. Dondurulmuş hesabın şifrəsini yeniləyə bilməzsiniz! Bu şərtlər sizə uyğundursa aşağıdakı linkə daxil olaraq "hesabınızı dondurmaq prosesi"-ni başlada bilərsiniz.

İnstagram hesabınızı dondurun

Bu bölmədə soruşulan 7 səbəbin sizə daha uyğun olanını seçin. Səbəblər müvafiq olaraq bu ardıcıllıqladır:

1. Fasilə vermək istəyirəm.

2. İstifadəyə başlamaq çətin gəldi.

3. İkinci bir hesab açdım.

4. Gizliliklə bağlı narahatlıq.

5. Çox vaxtımı alır.

6. İzləyəcək insanlar tapa bilmirəm.

7. Başqa bir səbəb.

Bu səbəblərdən birini seçdikdən sonra hesabın sizə aid olduğunu təsdiqləməniz üçün şifrənizi daxil edin. Cari İnstagram şifrənizi daxil etdikdən sonra "Hesabı müvəqqəti bağla" yazısına toxunun. Hesabınız dondurulacaqdır. Sonda ekrana "Hesabınız müvəqqəti olaraq bağlandı. Yenidən aktivləşdirmək üçün hesabınıza daxil olun" yazısı çıxacaqdır.

Qeyd 1: Dondurduğunuz hesaba ilk 24 saat ərzində daxil ola bilməzsiniz. Daxil olmağa cəhd etdiyinizdə "yanlış şifrə" xətası gələcəkdir.

Qeyd 2: Yenidən aktivləşdirdiyiniz hesabınızdakı şəkillər və məlumatların hamısı həmin an deyil, bir neçə gün ərzində də bərpa oluna bilər. Ona görə də hesabınızı aktivləşdirdiyinizdə hansısa şəkil və ya məlumat yoxdur deyə narahat olmayın.

Qeyd 3: Yuxarıda qeyd olunan proseslərin hər biri kompüter ilə edilməlidir və kompüter ilə dondurduğunuz hesabı mobil telefon ilə aktivləşdirə bilməzsiniz.