İlk trilyoner şirkət Microsoft olacaq!

Apple, Alphabet, Microsoft, Amazon və Facebook ilk ən böyük 5 Texnologiya şirkəti mövqeyindədir . İlk trilyoner şirkət Microsoft olacaq!
Microsoft rəqibləri Apple və Alphabet kimi digər texnologiya nəhənglərinin önünə keçərək trilyon dollar dəyərinə çatan ilk şirkət ola bilər mi? Bunun üçün nə etməsi lazımdır?
Microsoftun trilyon dollar dəyərinə çatan ilk şirkət olacağı təxmin edilir . Equities.com analitiki Michael Markowskinin bu iddialı prinsipinin detalları:
Microsoft trilyon dollar dəyərinə çatacaq Apple 2015-ci ilin fevralında 710 milyard dollarlıq dəyərə çataraq tarixdə 700 milyard dollardan çox dəyərə çatan ilk şirkət olmasıyla diqqətləri üzərinə çəkməyi bacarmışdı. Şirkət daha sonra 775 milyard dollar dəyərə çatsa da hazırkı dəyəri 617 milyard dollardır .
Apple-dan sonrakı yeri 548 milyard dollarlıq dəyərə sahib Alphabet, yəni Google və Google-a aid digər şirkətləri bir yerə yığan şirkət tutur. Microsoft isə 492 milyard dollar dəyərindədir və 359 milyard dollar dəyərə sahib Amazon və 333 milyard dollara sahib Facebook-u üstələyir .
Apple, Alphabet, Microsoft, Amazon və Facebook ilk ən böyük 5 Texnologiya şirkəti mövqeyindədir . Markowskiye görə, Microsoft şirkəti daha sürətlə genişlənən və Apple kimi bir təchizat şirkətinə görə daha çox insana çata bilməsi ilə ilk trilyon dollar dəyərini aşan şirkət olmaq şansına sahibdir.

Microsoft tərəfindən Linkedinin 26 milyard dollar qarşılığında satın alınması da Microsoftun qiymətləndirilməsinin yüksək olmasına təsir edir .
Microsoftun Linkedini alması ilə hər bir Linkedin abunəsi üçün yalnız 60 dollar ödədiyi, Facebookun isə platformasındakı sosial media istifadəçilərinin hər biri üçün ortalama 218 dollar ödədiyi də verilən məlumatlar arasındadır.
1 trilyon dollar dəyərinə çatmaq üçün Microsoftun hissələrinin qiymətini iki qat artırması lazımdır və həmçinin bunun üçün də şirkət Linkedindeki mövcud 433 milyon abunesini 2020-ci ilə qədər 700 milyona çatdırmaq məcburiyyətindədir.
Markowitzə görə Microsoftun 1 trilyon dəyərinə çatmaq üçün mübarizədəki tək rəqibi Alphabet-dir . Analitik Apple-ın Microsoft və Alphabet arasındakı yarışa daxil olmasını gözləmir.