İlk qısa mesaj 25 yaşında

İlk qısa mesaj artıq 25 yaşında


İlk SMS (mətn mesajı) 25 il əvvəl 3 dekabr 1992-ci ildə Vodafone mühəndisi Neil Papworth tərəfindən Vodafone müdiri Richard Jarvisə göndərilib.

İLK QISA MESAJ: HAPPY CHRISTMAS

İlk SMS mobil telefondan cib telefonuna deyil, şirkətin şəxsi kompüterindən menecerin mobil telefonuna göndərilib. Tarixdə ilk mətn mesajı 'Happy Christmas' idi.

"BÖYÜK BİR ŞEY OLACAĞINI DÜŞÜNMƏMİŞDİM"

Jarvis mesaja cavab verə bilmədi, çünki o zaman cib telefonları mətn mesajları göndərə bilmirdi, yalnız onları qəbul edirdi. Neil Papworth 25 ildən sonra SKY News-a verdiyi reportajda "Böyük bir şey olacağını həqiqətən düşünməmişdim" deyib.

Neil Papworth

 

Sky News xəbərinə görə, 2007-ci ildə Böyük Britaniyada 66 milyard qısa mesaj göndərilib. 2012-ci ildə bu rəqəm 151 milyard qısa mesaj və MMS (Multimediya Mesaj Xidməti) səviyyəsinə çatıb. Sky News ayrıca, hər gün İngiltərədə 96 milyard mətn mesajı göndərildiyini bildirib.

 

ARTIQ MƏŞHUR DEYİL

Araşdırmalara görə mesajlaşmaq öz pik səviyyəsinə 2012-ci ildə çatıb. İndi Facebook, Facebook Messenger və WhatsApp istifadə edərək mesajlaşma SMS-dən daha məşhurdur.