İlk iPhone-a bənzəyən metal və şüşə dizaynlı iPhone 8!

Məşhur dizayner Martin Hajek tərəfindən hazırlanan ilk iPhone bənzəri metal və şüşə dizaynlı iPhone 8 konsepti olduqca diqqət çəkəndir.
Dünyaca məşhur mobil telefonların konseptinin hazırlanmasında Martin Hajek ən yaxşılardandır. Təqdimatı hər gün daha da yaxınlaşan iPhone 8 üçün Martin Hajek də öz konsept görüntülərini yayımlayıb. Görünür ki, dizayner bu konseptdə son vaxtlar yayılan və iPhone 8-də olması gözlənilən özəlliklərə daha çox yer verib.

Aşağıda Martin Hajekin iPhone 8 üçün hazırladığı konsept görüntülərə baxa bilərsiniz.