İOS 10 ilə Android 7.0 Nougat arasındakı fərq daha da böyüdü!

Apple hər ay olduğu kimi bu ay da ən son İOS versiyasının istifadə faizlərini açıqladı. iPhone 5 və daha sonra istehsal olunmuş cihazların dəstəklədiyi İOS-un son versiyası fevral ayında 79% istifadə göstəricisinə sahibdir. İOS 9 isə 16%-ə gerilədi. Digər İOS versiyalarının istifadə faizi isə cəmi 5%-dir.




Google cəbhəsində isə işlər heç də yaxşı getmir. Android telefon istehsal edən şirkətlərdən qaynaqlanan problemlərə görə satışda çox sayda üst səviyyəli telefon olmasına baxmayaraq Android 7.0 Nougat-ın istifadəsi 1,2% səviyyəsindədir. Android cəbhəsində lider 30,7% istifadə göstəricisi ilə Marshmallow-dur.

Önümüzdəki aylarda yeni Android versiyası Android 8.0 Oreo0nun təqdim ediləcəyi gözlənilir. Bu yeniləməni ilk olaraq Google PixelAndroid One cihazlarının alacağını da bildirək. Google Android 8.0-la İOS-la arasındakı böyük fərqi azalda biləcəkmi fikri isə hələ də sual altındadır.