Instagram gif animasiyalarını geri qaytardı.

Instagram gifləri yenidən tətbiq etməyə başlayıb.

Bir çox sosial media tərəfindən dəstəklənən GİF funksiyası Instagram-da yenidən tətbiq edilib. Instagram və digər sosial şəbəkələr istifadəçilərə gif animasiyalarını əlavə etməyə imkan vermişdilər. Bir müddət sonra bu funksiyanın istifadəsi dayandırıldı. Bu addımın səbəbi bəzi irqçi məzmunların Giphy-də olması idi.

Yenidən gəldi
 Sosial platformaların istifadəçilərini narahat edən bu vəziyyət artıq həll yolunu tapıb. Instagram gif animasiyalarını yenidən istifadə etdiyini açıqlayıb. Gifləri təmin edən Giphy irqçi məzmunlu olanları yenidən gif animasyonlarının arasında görünməməsi üçün bəzi dəyişikliklər edib.

Snapchat hələ də bu funksiyanı dəstəkləmir.
 Giphy-in bu addımından sonra Instagram gif animasiyalarını yenidən istifadə etməyi qəbul etsə də, Snapchat hələ də bu funksiyanı tətbiq etməyib. Instagram-ın giflərdən istifadə etməsi hekayələrə daha da rəngarənglik və canlılıq qatmışdır. Giflərin tətbiqi yenidən başlayan kimi bir çox istifadəçi bunu artıq öz instagram hekayələrində istifadə edib.