Google-a 3.4 milyard dollar cəza gəlir .

Uzun zamandır AB-nin radarında olan internet nəhəngi Google online alış-veriş axtarışlarında monopoliyasını sui-istifadə etdiyi səbəbi ilə rekord bir cəza ödəməklə qarşı-qarşıya qala bilər. İddialara görə Google'a 3.4 milyard dollar (təxminən 5 milyard AZN ) məbləğində cərimələnəcəkdir. İngilis The Telegraph qəzetinin iddiasına görə cərimənin miqdarı hələ dəqiqləşdirilməsə də AB-nin cəzası gələn ay bildirilə bilər . Eyni xəbərə görə Google yalnız pul cəzası ilə qarşı-qarşıya qalmayacaq. Çünki Avropa Komissiyası cəza daxilində Google-un internet axtarışlarında manipulyasiya etməsini də qadağan edəcək. Reuters-in Avropa Komissiyasına yaxın qaynaqlara söykəndiyi xəbərinə görə internet nəhəngi son 6 ildə komissiya ilə razılaşmaq üçün 3 dəfə cəhd etdi , ancaq bu cəhdlərin hamısı nəticəsiz qaldı. Bu günə qədər bu sahədə cərimə 1.1 milyard avro ilə 2009-ci ildə İntel-ə verildi. Googledan bu haqda hələ rəsmi bir şərh yoxdur. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .