Facebook Android istifadəçilərini belə izləyirdi

Facebook istifadəçiləri Android telefonlarında zənglərin belə sosial media hesabları üzərindən izləndiyini deyiblər.

 Facebook-un mobil tətbiqlər vasitəsilə Android əməliyyat sistemindən istifadə edən smartfonlarda istifadəçilərin sms və zənglərlə bağlı məlumatlarını istifadə etdikləri bəlli oldu. Ars Technica veb saytına istinadən, bir çox istifadəçi Twitter-dəki paylaşmalarında Facebook hesabını silməmişdən əvvəl öz hesablarından yüklədikləri məlumatlar arasında etdikləri zənglərin ay və ilinə qədər qeydli olduğunu bildiriblər. Qeyd edək ki, Facebook hesabınızı silmək istədikdə “hesabınızdakı məlumatları yükləyə bilərsiniz” funksiyası çıxır.
 Facebook Android cihazlarında Messenger tətbiqi üzərindən bu məlumatları topladığı deyilir. İstifadəçilər zənglərin ailə, dostlar və yaxın insanlar ilə olduğuna diqqət çəkiblər. Şirkətin məlumatları istifadəçilərin hesablarında fayl formasında saxlaması marketinqanaliz məqsədləri üçün üçüncü digər şəxsin istifadə etdiyinə dair şübhələr yaradır.
 Facebook şikayətləri cavablandırarkən istifadəçilər mobil tətbiqlərin telefon kontaktına daxil olması üçün icazə verirsə, tətbiqin zənglərə və onların tarixlərinə dair məlumatları əldə etməsinin təbii olduğunu bildirib. Şirkətin təmsilçisi “smartfonlarınızdakı tətbiqlərin və xidmətlərin ən vacib xüsusiyyəti sizə doğru insanlarla əlaqə qurmağınızı təmin etməkdir. Bir tətbiqi yüklədiyiniz zaman kontaktınıza daxil olması üçün icazə verirsinizsə, deməli, buna ehtiyacınız var” deyib.
 iPhone smartfonlarında bu cür hallar baş verməyib.
Mesaj və zəng tarixlərilə bağlı məlumatların iOS mobil əməliyyat sistemini istifadə edən smartfonlarda rast gəlinmədiyi deyilib. Bunun səbəbi iOS əməliyyat sisteminin reklam mesajlarını blok edən tətbiqlər xaric digər tətbiqlərin mesaj və zənglərinizə keçid əldə etməsinə icazə verməməsidir. Facebook-un iOS tətbiqlərinin bu məlumatlara giriş imkanı yoxdur.
 50 milyondan çox Facebook istifadəçisinin hesablarından icazəsiz toplanan şəxsi məlumatların ABŞ və İngiltərədə siyasi seçkilərdə istifadə edildiyi deyilirdi.