iPhone 8 bu videoda möhtəşəm görünür

Apple iPhone 8-in incələmə videosu yayıldı.
Apple-ın bu ilki iPhone modellərindən xəbərlər gəlməyə davam edir. Bir neçə gün öncə iPhone 8-ə aid olduğu iddia edilən görüntülər yayılmışdı. İndi də iPhone 8-in necə olduğunu göstərən daha bir video yayımlanıb.

EverythingApplePro adlı YouTube kanalı iPhone 8-in prototip modellərindən birinə sahibdir. Hansı ki, bu prototip ucuz plastik prototip telefonlar kimi deyil. Böyük ehtimalla Çinli fabriklərdən sızdırılan bu dizayn iPhone 8 CAD sənədlərini alıb. Bu prototip sentyabr ayında Apple-ın təqdimatını edəcəyi əsl telefon kimi görünən və hiss etdirən şüşə və metaldan hazırlanıb.

Aşağıda yayımlanan videonu izləyə bilərsiniz.