Xiaomi-nin yeni canavarı Mi Max 2 5000 mAh batareya ilə gələcək

Xiaomi-nin yeni smartfonu Mi Max 2 6,44 düymlük ekran və 5000 mAh batareya ilə diqqət çəkib.
Çinli istehsalçı Xiaomi bu günə qədər qiymətinə dəyən bir neçə möhtəşəm telefon satışa çıxarıb. Xiaomi-nin ən yeni yuxarı seqment smartfonu Xiaomi Mi 6 Galaxy S8-də də istifadə olunan Snapdragon 835 prosessor və iPhone 7 Plus-dakı telefoto obyektivə bənzəyən iki kamera ilə təqdim olundu. Xiaomi Mi 6 gözoxşayan şüşə və metal dizaynı ilə sadəcə 360 dollara satılır.

İndi isə Xiaomi böyük, fablet telefon sevənlərin bəyənəcəyi yeni smartfonunun təqdimatına hazırlaşır. Xiaomi Mi Max 2 adlı telefon 6,44 düymlük ekran və 5000 mAh batareya kimi mükəmməl özəlliklər ilə gələcək.



Xiaomi Mi Max 2 böyük ehtimalla ABŞ və ya Avropada rəsmi olaraq satışa çıxmayacaq. Amma təbii ki, bu smartfonu satış saytlarından sifariş verərək əldə etmək mükün olacaq. Xiaomi Mi Max 2 Xiaomi Mi 6-ya nisbətən daha aşağı qiymət və daha az özəllikli olacaq. Snapdragon 625 və ən yeni Snapdragon 660 prosessorlu olmaqla iki versiyada satışa çıxması gözlənilən Xiaomi Mi Max 2-nin təqdimatı mayın 25-i Çində baş tutacaq.