Samsung Galaxy Note 8-in ilk dəfə işlək vəziyyətdə görüntüləri yayıldı

Samsung-un yeni yuxarı seqment smartfonu Note 8-in ilk dəfə işlək vəziyyətdə olduğu görüntüləri yayılıb.
Note 7 faciəsindən sonra təqdim etdiyi Galaxy S8 modeli ilə smartfon bazarındakı ağırlığını yenidən qazanan Samsung şirkəti hal-hazırda Galaxy S8-dən daha çox özəlliklərə sahib olması gözlənilən Galaxy Note 8 modelinin təqdimatına hazırlaşır.

Galaxy S8-dəki bütün əskiklərin bərpa olunduğu Galaxy Note 8 modeli bu gün ilk dəfə işlək vəziyyətdə görüntülənib. Yayılan görüntülərdə Samsung Galaxy Note 8-in 2 arxa kamera, çərçivəsiz dizaynekran daxilində yerləşdirilən barmaq izi sensoru kimi özəlliklər ilə gələcəyi görünür. Həmin görüntüləri sizlərə təqdim edirik:

Samsung Galaxy Note 8-in ilk dəfə işlək vəziyyətdə görüntüləri yayıldı