OnePlus 5-in konsept videosu yayımlandı

OnePlus firmasının maraqla gözlənilən telefonu OnePlus 5-in konspet videosu yayımlanıb.
Təqdimatı yaxınlaşan modellərin daha öncədən konsept videolarının yayılması artıq adi hal olub. Bu dəfə isə hədəf OnePlus 5-dir. Dizaynı çox cəlbedici olan smartfonun daxili özəllikləri haqqında bir müddət əvvəl xəbər vermişdik.

8 GB RAM və Snapdragon 835 prosessoru ilə gələcək smartfon şübhəsiz ki, rəqibləri üçün "baş ağrısı" olacaq. OnePlus 5 yüksək performanslı və daha uyğun qiymətli smartfondur. Haqqlı olaraq da ona "üst seqment telefonların qatili" adı qoyulub.

TechDroider adlı YouTube kanalı OnePlus 5 üçün konsept video yayımlayıb. Aşağıda həmin konsept videosunu izləyə bilərsiniz.