LG insan boyundan uzun elastik OLED ekran istehsal etdi

LG dünyanın ilk elastik, şəffaf, 77 düymlük OLED ekranının təqdimatını edib.
LG bu gün yalnız geniş deyil, həm də elastik və şəffaf bir ekran istehsal etdiyini açıqlayıb. Bununla da LG ekran rəsmi olaraq dünyanın 77 düym ölçüyə sahib ilk elastik şəffaf ekranı oldu.

Bu nəhəng ekran mağazalarda şüşələrində, ağıllı masalarda və başqa əksər mühim işlərdə istifadə oluna bilər. 77 düymlük ekran daşınabilən olmasa da, təxminən 80 mm radiusa sahib bir çevrə kimi bükülə bilir.

Ekranın 40%-lik bir şəffaflığı və uyğun bir UHD keyfiyyəti (3.840 x 2.160 piksel) var.

LG insan boyundan uzun elastik OLED ekran istehsal etdi