Google-a giriş yasaqlana bilər

Google-a giriş hər an qadağan oluna bilər.
Türkiyədə Google-a girişin qadağan olunması gündəmdədir. Vergi səbəbi ilə Google-a 300 milyon TL məbləğində cəza kəsən Maliyyə Nazirliyi Google üzərində apardığı araşdırmada şirkətin Türkiyədə vergidən yayınma hallarını aşkar edib.

Daha əvvəllər də Google-a cəzan kəsən Maliyyə Nazirliyi bu hallara səbəb kimi Google-un Türkiyədəki reklam satışlarını İrlandiyada həyata keçirməsini göstərmişdi. Türkiyədən əldə edilən ticarət gəlirlərini İrlandiyaya transfer etdiyi deyilən şirkətdən daha öncəki yayınma hallarında da 300 milyon TL vergi və ƏDV tələb edilmişdi.



Öncəki yayınma hadisələrinin sonunda Google Vergi Məhkəməsinə heç bir etiraz etmədən tələb olunan məbləği ödəmişdi. Şirkətin yeni tələb olunan 300 milyon TL dəyərindəki məbləği ödəyib-ödəməyəcəyi isə hələki məlum deyil. Əgər bu məbləğ ödənilməzsə Türkiyədə Google-a giriş tamamilə yasaqlanacaq.